пятница, 4 ноября 2011 г.

СЧЕТЕСЛИ


Qohum funksiyalar:
Sintaksis:
    СЧЕТЕСЛИ(интервал;критерий)
Nəticə:
     İnterval daxilində verilmiş kriteriyanı ödəyən xanaların sayını hesablayır.
Arqumentlər:
  • интервал: verilmiş şərti ödəyən xanaların sayının tapılacağı diapazon;
  • критерий: ədəd, ifadə və mətn şəklində ola bilən və hansı xanaların      sayının hesablanmasını göstərən kriteriya.
Qeydlər:
EXCEL şərtlərdən istifadə etməklə verilənlərin analizi üçün əlavə funksiyalar  da təklif edir. Məsələn, ədədlərlə və ya mətnlərlə verilmiş müəyyən intervala düşən qiymətlərin cəmini hesablamaq üçün СУММЕСЛИ funksiyasından istifadə etmək olar. 

Misal
Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı EXCEL cədvəlində verilmişdir. Kvartal üzrə orta əmək haqqı 4 min manatdan yüksək olan respondentlərin sayını tapmaq tələb olunur.
                                                   

A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
1
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
2
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17

Həlli
Məsələnin həlli üçün СЧЕТ funksiyasından istifadə etməklə  aşağıdakı düsturu tərtib edək:
=СЧЕТЕСЛИ(B2:O2;">4")
Bu düsturu EXCEL cədvəlin hər hansı bir oyuğuna yazıb onu yerinə yetirsək, həmin oyuqda  kvartal üzrə orta əməkhaqqı 4 min manatdan yüksək olan respondentlərin sayı olan 4 qiymətini alarıq.